2495 nüsxədən ibarət fondun elektron kataloqa salınması prosesi gedir

2495 nüsxədən ibarət fondun elektron kataloqa salınması prosesi gedir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası fərqli və effektiv bir mühafizə yolu seçib. Bütün lüğətləri ümumi fondun tərkibindən ayıraraq SL formatı altında xüsusi fondda yerləşdirib. Bu həm qiymətli fondun mühafizəsini asanlaşdırır, həm də oxucu sorğularının operativ və yüksək səviyyədə ödənilməsinə şərait yaradır. Oxucu istədiyi məlumatın konkret ünvanını bilməsə də kitabxanaçı (əlbəttə fondunun tərkibini yaxşı bilən) öz fondunu oxucusuna təqdim edir.

Olaylar.az-a Mərkəzi Elmi Kitabxanadan daxil olan məlumata görə, Mərkəzi Elmi Kitabxananın çox zəngin lüğətlər fondu var. Hətta elə kitablar var ki, respublikada ancaq bu kitabxananın fondunda yerləşir. Həm nəşr tarixinə, həm də elmi-tarixi əhəmiyyətinə görə bir çox nadir nüsxələr fondun dəyərini daha da artırır. Məsələn, "Словарь церковно-славянского и русского языка", 1867 ("Kilsə-slavyan və rus dili lüğəti"), "Полный французcко-российский словарь", 1824 ("Bütöv fransız-rus dili lüğəti"), "Немецко-русский словарь", 1902 ("Alman-rus dili lüğəti"), "Русско-шведский словарь", 1896 ("Rus-isveç dili lüğəti"), "Англо-русский нефтяной словарь", 1934 ("İngilis-rus neft terminləri lüğəti"), "Азербайджанско-русский словарь", 1939 ("Azərbaycan-rus dili lüğəti"), "Словарь иностранных слов", 1894 ("Xarici sözlər lüğəti"), "Корнесловъ русского языка", 1842 ("Rusca köksözlər lüğəti"), "Русско-Тюркский словарь", 1928 ("Rus-türk dili lüğəti") və bir çox qiymətli nəşrlər fondumuzda mühafizə olunur. Hazırda 2495 nüsxədən ibarət fondun elektron kataloqa salınması prosesi gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31