Bankirin oğlunun ölümü ilə bağlı cinayət işi başlanıb
Bankirin oğlunun ölümü ilə bağlı cinayət işi başlanıb
18 Fevral 2020 17:05 Sosial"Bank Respublika" ASC-nin Müşahidə Şurasının üzvü Emil Quliyevin oğlu Natiq Quliyevin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb."Olaylar"ın məlumatına görə, fevralın 17-də paytaxtın Nərimanov rayonu, M.Araz küçəsi ev 2 ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, E.Quliyev "Bank Respublika" ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin oğludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31