Bir ildə Azərbaycanda 17 mindən artıq boşanma halı qeydə alınıb

Bir ildə Azərbaycanda 17 mindən artıq boşanma halı qeydə alınıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ölkədə 63869 nikah və 17148 boşanma halları qeydə alınıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb. Nikahlar əsasən əhalinin hər 1000 nəfərinə Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olmuş, boşanmalar isə əsasən Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31