Monqolustanla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Monqolustanla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Monqolustan Respublikası prezidentinin köməkçisi Daşsambuu Dandii-Yadamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.  "OLAYLAR" xəbər verir ki,  görüşdə AQTA sədri Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.

Monqolustan Respublikası prezidentinin köməkçisi Daşsambuu Dandii-Yadam səmimi görüşə görə Qida Təhlükəsizliyi Agentliyinin Sədrinə minnətdarlığını bildirib və Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması sahəsində iki ölkə arasında əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

Sonra Azərbaycanla Monqolustan arasında ikitərəfli münasibərlər, qida sahəsində ticarət dövriyyəsinin artması, qida məhsullarının idxal-ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31