Nəsimi rayonu 2019-cu ili yüksək nailiyyətlərlə başa vurub

Nəsimi rayonu 2019-cu ili yüksək nailiyyətlərlə başa vurub

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafına yekun vurulub. "Olaylar" xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə qarşıya qoyulmuş vəzifələr müzakirə olundu, yeni ilin başlıca hədəflərini əhatə edən qərar qəbul edilib. Toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsğərov bildirdi ki, keçən il respublikamızda olduğu kimi, Bakının Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra layihələr uğurla həyata keçirilib. Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş verən yenilikləri və  ümumi irəliləyişi əks etdirən slayd təqdim olunandan sonra Nəsimi RİH-in başçısı Asif  Əsgərov 2019-cu  ildə sosial-iqtisadi inkişafın əsas göstəricilərini şərh etdi, ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verib.

Natiq qeyd edib ki, Prezident İlham Əliyevin ötən ilin əvvəlində yerli icra strukturlarına verdiyi tapşırıqların  Nəsimi rayonunda bütünlüklə və ardıcıl icrası ilin uğurla başa çatdırılmasını təmin edib. Dövlət başçısı paytaxtın mərkəzi rayonunun problemlərinin həllini daim nəzarətdə saxlayır, gerçəkləşdirilən layihələri ardıcıl himayə edir. Prezident İlham Əliyevin və  Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın  rayona hər gəlişi nəsimililərin həyatında əlamətdar hadisəyə çevrilib. Hesabat  ilində Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi inkişafında, müəssisə və təşkilatların fəaliyyətində nəzərə çarpacaq müsbət irəliləyişlər olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31