Əmir Teymurun ölümündən 615 il keçir

Əmir Teymurun ölümündən 615 il keçir

615 il əvvəl bü gün türk dünyasının ən böyük fatehlərindən biri olan Əmir Teymur hərbi səfər zamanı müəmmalı surətdə dünyasını dəyişib.

Olaylar.az bildirir ki, O, 1336-cı ildə indiki Özbəkistanın Qaşqadərya vilayətində, hərbçi ailəsində anadan olub. Cavan ikən döyüşlərin birində sağ ayağı və çiynindən yaralanan Teymur şikəst qalıb və tarixdə daha çox "Teymurləng", "Topal Teymur" və "Tamerlan" adı ilə yadda qalıb.

Paytaxtı Səmərqənd olan Teymurilər dövlətinin banisidir. Qızıl Orda dövlətini darmadağın edib. İran, Qafqaz, Hindistan, kiçik Asiya və digər dövlətlərə istilaçı səfərlər edib. Bu səfərlər adətən bir çox şəhərlərin dağıdılması və Teymurilər dövləti sərhədlərinin genişlənməsi ilə nəticələnib. Əmir Teymur 1405-ci ildə hərbi səfər zamanı müəmmalı surətdə dünyasını dəyişib. Paytaxt Səmərqənddə dəfn edilib.

Orta əsr bioqrafları Teymurun fitri yaddaş sahibi olduğunu, türk, fars dillərini bildiyini yazırlar. Hətta Əmir Teymur dahi sərkərdə və qəhrəmanların tarixçələrini çox yaxşı bilir və döyüşdən qabaq əsgərləri ruhlandırmaq üçün onlara danışarmış. Öz qəddarlığı ilə məşhur olan Əmir Teymur eyni zamanda elmə, incəsənətə, İslam dininə hörməti ilə də yadda qalmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31