Rektor tələbələrlə görüşüb
18 Fevral 2020 11:11 SosialAzərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, iinstitut rəhbəri tədris və elmi-pedaqoji təcrübələrin tələbələrin həyatında mühüm və məsuliyyətli bir mərhələ olduğunu vurğulayıb. Tələbələrə uğurlar arzulayan rektor onlara təcrübə müddətində məsuliyyətli olmağı və yaradılan şəraitdən səmərəli faydalanmağı tövsiyə edib.
Gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən səmərəli fəaliyyət barədə düşünməli olduğunu vurğulayıb.
C.Məmmədov qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin cəmiyyət və dövlət qarşısında böyük məsuliyyəti və öhdəliyi mövcuddur. Aİİ-də Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin etmək qarşıda duran əsas vəzifələrdəndir.