Azərbaycanda inanılmaz hadisə - Xaş yedikdən sonra qıc oldu

Ağdaş rayonunda zəhərlənmə hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Yuxarı Ləki kəndində yaşayan və yeni ailə qurmuş Səmədova Aygün Mehman qızı fevralın 16-da gecə saatlarında yaşadığı evdə xaş yeyib.

Bu zaman onda qıcolma baş verib və yaxınlarının köməkliyi ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada ona ilkin olaraq meningit diaqnozu qoyulub. Lakin 19 yaşlı qızın səhhəti normallaşmayıb. O, ağır vəziyyətdə Bakıya gətirilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31