Naxçıvanda heyvanlar və heyvan xəstəlikləri barədə məlumat bankı yaradılacaq
Naxçıvanda heyvanlar və heyvan xəstəlikləri barədə məlumat bankı yaradılacaq
17 Fevral 2020 18:56 SosialNaxçıvan MR-da heyvanların baş sayı, keçirdiyi xəstəliklər, aparılmış peyvəndləmə tədbirləri, birkalanmış heyvanlar və aid olduğu sahibkar haqqında məlumat bankının yaradılması nəzərdə tutulur.
Bu məsələ Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun bu gün təsdiq etdiyi "2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı"nda öz əksini tapıb.
Dövlət proqramında icraçı tərəf olaraq Naxçıvan Kənd Təsərrüfatı Nazirliyi və onun Dövlət Baytarlıq Xidməti göstərilir.
strateq.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31