Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?
SINAQ İMTAHANININ NƏTİCƏLƏRİ NƏ VAXT AÇIQLANACAQ
17 Fevral 2020 18:53 SosialDövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.
DİM-dən verilən məlumata görə, hazırda imtahan materiallarının emalı aparılır.
Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31