Məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 572 iş üzrə ibtidai istintaq tamamlanıb
Məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 572 iş üzrə ibtidai istintaq tamamlanıb
17 Fevral 2020 14:48 SosialƏdliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 572 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 4,7 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib. Nazirlikdən "Olaylar"a veriln məlumata görə, ölkə Prezidentinin məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq bu sahədə qanunvericilik əsaslı surətdə yenilənib, Məhkəmə ekspertizası mərkəzinin infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər görülüb. 2019-cu ildə Mərkəzdə 41 ekspert ixtisası üzrə 35.000-ə yaxın işə baxılıb, ekspertlər 816.000-dən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,6%-ni həll ediblər.