“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edəcək
“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edəcək
17 Fevral 2020 12:57 SosialMərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov fevralın 24-də Şabran şəhərində Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, fevralın 25-də "Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarov Qusar şəhərində Qusar və Quba rayonlarının sakinləri ilə görüşəcək. Fevralın 28-də isə "Azərsu" ASC sədrinin müavini Etibar Məmmədov Xaçmaz rayonunun sakinlərini qəbul edəcək.
Qəbullar Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində, Qusar və Xaçmaz Sukanal Sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.