Gəncə sakinindən tiryək götürülüb

Gəncə sakinindən tiryək götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kəpəz RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əzizov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 12 qram, evindən isə 532 qram tiryək aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31