Cəlilabad sakinində narkotik aşkar edilib

Cəlilabad sakinində narkotik aşkar edilib

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini V.Zeynalov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 39 qrama yaxın, Masazır qəsəbəsində kirayədə yaşadığı evdən isə 1 kiloqram 670 qram heroin aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31