Beynəlxalq Miqrasiya Təşkilatı Lənkəranda əmək yarmarkası təşkil edib

Beynəlxalq Miqrasiya Təşkilatı Lənkəranda əmək yarmarkası təşkil edib

Fevralın 14-də Beynəlxalq Miqrasita Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dayanıqlıq naminə ictimai fəaliyyət" layihəsi çərçivəsində Lənkəranda əmək yarmarkası (karyera günləri) təşkil edib. "OLAYLAR"-a təşkilatın Bakı ofisindən bildirilib ki,  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə yaxın əməkdaşlıq şəraitində Heydər Əliyev Mərkəzlərində təşkil olunan və 40 şirkətin 300-dən artıq vakansiya ilə təmsil olunduğu yarmarka Lənkəranda böyük maraq doğurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31