İşədüzəltmə firmalarının vahid reyestri yaradılacaq
İşədüzəltmə firmalarının vahid reyestri yaradılacaq
14 Fevral 2020 14:46 SosialAzərbaycanda işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin vahid reyestri yaradılacaq."Olaylar"ın məlumatına görə, bu barədə "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nda qeyd olunub. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə tapşırıqlar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31