PƏRVANƏLƏRİN gedişi ümidlərin puç olması, sonun başlanğıcıdır!- Nicat Abdullayev  yazır

O, bir PƏRVANƏ, Bakı Dövlət Universiteti də şamdır...

İllər öncə çox qəribə bir mənzərə ilə qarşılaşmışdım. İTV-də çalışırdım, çalışmaq sayılırsa. Yəni indi bunu heç kimə sübut etmək olmaz, 3 il boyunca mənə heç "ŞTATDAN KƏNAR MÜXBİR" vəsiqəsi də vermədilər. Sözüm onda deyil, 13-dədir. 2013-cü ilin yazı idi. Dövlət BABA qərar verdi ki, İsmayıl Ömərov İTV-nin Baş direktorluğuna namizədliyini irəli sürməsin, o da sürmədi...

Ondan sonra başladıye...

Qərar bəlli olar-olmaz hamının keyfi pozuldu, ağlayan kim, yeni iş axtaran kim. Qəribəsi o idi ki, əli, dili, üzü olanlar da təşvişdə idi. Mən də bir qəribə olurdum. Deyirdim bunlar dəlidir, nədir... Axı televiziyanın simasına, güzgünün AYNASINA kim dəyər, kimin onu sındırmaq yoxe, cızmağa əli gələr?!

Deyirdilər ki, bala sən hələ cavansan, belə şeyləri anlamazsan...

Düz deyirdilər, cavan idim, xəyalpərəst idim, taaa ki... İTV-yə girişinə qadağa qoyulan ilk insanlardan biri də mən oldum. Elə həmin vaxt böyüdüm, anladım. Anladım o insanların niyə ağladığını, niyə pərtləşdiyini.

Xatırlamağı xoşlasam da xatırlatmağı heç sevmirəm. Tale elə gətirdi ki, mənim üçün ən üzücü xəbərlərdən biri xoşladığıma - Xatırlamağıma, yenə də o üzücü xəbər sevmədiyimi - Xatırlatmağıma səbəb oldu.

Ötən günün sevinci qursağımda qaldı...

Yeni dünyaya gələn evladımı xəstəxanadan evə gətirirdim. Bu sevincimi paylaşmaq üçün Feysbuk hesabıma daxil oldum və... Kaş ki, olmasaydı deyirləre, bax elə dedim mən də. Gördüm ki, Bakı Dövlət Universitetinin GÜZGÜSÜ Pərvanə İbrahimova işindən ayrılıb. Nə olduğunu anlamadım, zəng etmək istədim, əlim gəlmədi. Qeyri-şüuri olaraq düşündüm ki, yəqin öz qərarıdır. Elə o yöndə də bir şərh yazdım. Amma yaman nigaran qaldım. Şərhimdə bunun öz istəyi ilə verdiyi bir qərar olduğunu sual edəcək ima qoydum.

Üstündən bir gün keçdi, Pərvanə müəllimin səhifəsində dostların, jurnalist həmkarların, digər müəllimlərin paylaşımına nəzər saldım. Hər kəsin təəssüfləndiyi aşkar görünürdü. Özü də çox aşkar... Amma kaş ki, deyilən zaddan sonrası gecdir.

Yenə xatırladım...

Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Pərvanə xanım mənim müəllimim olub. Onunla tanışlığım ilk dərsdən deyil, müəllimin tələbəsini kəşv etdiyi gündən başlayıb. O vaxt internet çox da yayılan vasitə deyildi. Peyk televiziyalarına çıxış da çox yayılmamışdı. Deməm odur ki, yaxşı dilimiz vardı, dilçəyimiz yetişməmiş badam idi. Dilimizin gücü ilə "Al Jazeera" telekanalının Əlcəzairin olduğunu deyə bilirdik - Bir gün Pərvanə müəllimin dərsinə təxminən 20 dəqiqə gecikmişdim. İcazə istəyib auditoriyaya daxil oldum (Bizim fakültədə müəllimlərin demək olar ki, heç biri tələbəni nəyəsə görə auditoriyadan çıxartmırdılar). Keçib yerimdə əyləşmək istəyəndə Pərvanə müəllim məni saxladı, dedi ki, hamıdan soruşmuşam, səndən də soruşum - "Al Jazeera" telekanalı hansı ölkənindir? Düz bildiyimə görə sevinərək Qətərin dedim. Yoldaşlarımdan bəzisi gülərək mənə baxmağa başladılar. Həmin an elə düşündüm ki, səhv eləmişəm və həmin düşüncəm məni zəiflətdi, panikaya qapıldım. Bir qız da vardı qurupda, onun yanında səhv etməyim də başqa aləmdi mənim üçün. Tam qızarmağa başlayırdım ki, Pərvanə müəllim müdaxilə etdi və mənim düz dediyimi bildirdi.

Bəs sonra noldu?

Sonra onun dərslərini daha dərindən mənimsəməyə başladım. Sonra universiteti bitirənə yaxın iş axtardığı tələbələrindən biri də mən oldum. Sonra işlərimdə, əlaqə qurmamda mənə yardımçı oldu. Sonra başqa bir işə keçəndə mənim üçün xeyli vaxt sərf edib iş planı hazırlamağıma yardım etdi. Sonra başqa universitetin PR şöbəsini qurmaq üçün mənə yardım etdi. Sonra yoldaşı, övladları ilə birgə dağların arxasında qalan kəndimizə, toyuma gəldi və orda hər kəsə mənimlə HƏMKAR olduğunu elan etdi.

Tələbəsinin gözündə bu qədər müsbət kefiyyətləri olan bir müəllimə bir qurumun PR işi layiqdirmi?

İndi yaza-yaza düşünüb-daşındım ki, əslində bu iş Pərvanə müəllimə layiq deyil. Türkiyəli qardaşlarımız demişkən, "Bi kərə o, hocadır", toxunulmazdır, müəllim müqəddəsdir - sizinlə işim yoxdur, tələbəsinin gözündə. Vurub gözümü çıxarmayacaqsınız ki! Mən inanırma ki, müəllimim bundan sonra vətəninə, millətinə, dövlətinə sədaqətli, savadlı, bacarıqlı, dili-dilçəkli tələbələr yetişdirəcək.

Amma...

Amma bir söz vare - Desəm öldürərlər, deməsəm ölləm. Nəticə dəyişməyəcək deyə deyim ki, ürəyimdə qalmasın. Bizim məmləkətdə kadrlara yanaşma çox qəribədir. İstər dövlət müəssisəsi olsun, istərsə də özəl. Kim gəlirsə, əvvəl qohum-əqrabasını, sonra dost-tanışlarını, sonra tanışlarının qohumlarını, tanışlarını. Mən başa düşürəm, bu əvvəl də belə olub. Amma durmaq lazımdır, cənablar. Bir yerdə sonlandırmaq lazımdır bu qohumbazlığı. Nə deyiblər, çörəyi ver çörəkçiyə, birini də üstəlik.

На изображении может находиться: Pervane İbrahimova, улыбается, сидит и в помещении

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31