XƏBƏRDARLIQ: Bu məhsullar quş qripi və koronavirus üzrə yüksək riskli məhsullar hesab edilir

Quş qripi və yeni koronavirus xəstəliyindən ölkə ərazisinin qorunması məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində AQTA tərəfindən "Yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı" hazırlanıb. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli verib. Yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı aşağıdakı kimidir:

Yüksək patogenli quş qripi üzrə:

- Müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.)

Zoopark quşları, vəhşi və ov quşları

İnkubasiya yumurtası

Süfrə yumurtası və yumurta məhsulları

Quş əti (soyudulmuş, dondurulmuş və s.)

Quş əti məhsulları

Quş əti və sümüyünün unu (yem üçün istifadə olunan)

Quş tükü və lələkləri

Koronavirus üzrə:

İsti və soyuqqanlı vəhşi heyvanlar

Zoopark heyvanları

Vəhşi heyvanların trofeyləri

Balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.)

Dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.)

Heyvan mənşəli ət məhsulları

Ev heyvanları

Quş və quş məhsulları

Qeyd edək ki, Agentlik tərəfindən Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31