Evdən 12 min manat dəyərində qızıl aparan saxlanıb

Evdən 12 min manat dəyərində qızıl aparan saxlanıb

Şəki rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də rayon ərazisindəki evlərin birindən 3100 ABŞ dolları, 12.350 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəki şəhər sakini A.Əliyev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31