Avtomobil oğurlayan şəxs saxlanıb

Avtomobil oğurlayan şəxs saxlanıb

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Musayev fevralın 10-da saat 1 radələrində Ş.Qurbanov küçəsindən "Daewoo" markalı avtomobilinin qaçırıldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün B.Məcidov küçəsində tapılıb. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini R.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31