Onlayn narkotik satışı ilə məşğul olan 29 nəfər həbs edilib

Onlayn narkotik satışı ilə məşğul olan 29 nəfər həbs edilib

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyə Respublikasında yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, nəticədə dəstənin İstanbul şəhərində yaşayan başçıları Ağayar Ağazadə və qohumu Orxan Ağayev daxil olmaqla ümumilikdə 27 nəfər şəxs həbs edilib. Qeyd edək ki, Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün "Baba", Orxan Ağayev isə "Orxan XX" kod adlarından istifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31