Daha bir nəfər dəm qazının qurbanı olub

Daha bir nəfər dəm qazının qurbanı olub

Paytaxt Bakıda dəm qazı daha bir nəfərin ölümünə səbəb olub. Məlumata görə, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Belə ki,  Zabrat qəsəbə sakini, 1983-cü il təvəllüdlü Əliyeva Fidan Rizvan qızının meyiti yaşadığı evin hamam otağında aşkar edilib. Meyitin ilkin müayinəsi zamanı F. Əliyevanın dəm qazından boğularaq öldüyü məlum olub. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31