38 əcnəbinin sənədləri saxtalaşdırdığı aşkar edilib

38 əcnəbinin sənədləri saxtalaşdırdığı aşkar edilib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir. "Olaylar" DSX-nın saytına istinadən xəbər verir ki, Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqəsində 38 əcnəbinin, o cümlədən 21 İran, 3 İraq, 3 Özbəkistan, 2 Hindistan, 2 Misir, 2 Pakistan, 2 Efiopiya, 1 Küveyt, Nigeriya və Nepal vətəndaşının sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib.

Dövlət sərhədinin pozulmasına cəhd hallarının təhlili göstərir ki, əsasən Yaxın Şərq və Asiya ölkələrinin vətəndaşları  Avropa ölkələrinə məxsus saxta pasport və vizalardan istifadə edərək Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə getməyə cəhd göstərirlər. Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31