İmişli sakinindən odlu silah götürülüb

İmişli sakinindən odlu silah götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Qalınçaq kənd sakini Namiq Babayevdən müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31