Bu gün Ümumdünya Radio Günüdür

13 fevral tarixi BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı olan UNESCO tərəfindən Ümumdünya Radio Günü kimi qeyd edilir.

13 fevral tarixi BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı olan UNESCO tərəfindən Ümumdünya Radio Günü kimi qeyd edilir.

Olaylar.az bildirir ki, bu günün bayram elan edilməsinin ideya müəllifi İspaniya Radio Akademiyasının Prezidenti Horhe Alvaresdir. Onun bu ideyasına 2008-ci ilin yanvar ayında UNESCO tərəfindən dəstək verilib. 2011-ci ildə isə İspaniyanın səfiri İon de lya Rivin rəsmi təklifi ilə Ümumdünya Radio Günü qeyd olunmağa başlanılıb.

Radio vasitədən daha çox istifadəyə təşviq məqsədilə, İspaniya Radio Akademiyası Ümumdünya Radio Günü üzrə Beynəlxalq Komitənin yaradılmasına təkan verir. Bütün bunların fonunda, BMT-nin 14 yanvar 2013-cü il tarixli qərarı ilə hər ilin 13 fevral tarixi Ümumdünya Radio Günü qeyd olunur. Bu tarix, 1946-cı il fevralın 13-də "BMT radiosu"nun ilk dəfə efirə çıxması ilə əlaqədar seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31