Gəncə sakininidən xeyli miqdarda narkotik götürülüb

Gəncə sakininidən xeyli miqdarda narkotik götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini S.Abbasov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qramdan artıq marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə onun yardımçı təsərrüfatından əlavə olaraq 465 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31