Qanunsuz fəaliyyət göstərən quş əti emalı müəssisəsi aşkarlandı

Qanunsuz fəaliyyət göstərən quş əti emalı müəssisəsi aşkarlandı

AQTA əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi 43  ünvanında fiziki şəxş Rəhimov Məsud Akif oğluna məxsus quş kəsimi sexinə reyd keçiriblər. "OLAYLAR"-a Agentlikdən bildirilib ki, yoxlama zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.

Yoxalama zamanı müəssisədə sanitar-gigiyenik norma və qaydalara əməl olunmadığı aşkarlanıb. Baxış zamanı quş əti emalı müəssisəsinin ərazisinə qəbuldan əvvəl, daxil olan quşların baytarlıq müayinəsindən keçirilmədiyi, quşların kəsimdən öncəki müayinəsi, karkasların və daxili orqanların baytarlıq-sanitar müayinəsi, quş ətinin orqanoleptik qiymətləndirilməsi, istehsal və saxlama zamanı quş ətinin sanitar keyfiyyətinə baytarlıq-sanitariya nəzarəti baytar həkim tərəfindən aparılmadığı müəyyən olunub. Bundan başqa hazır məhsulların saxlanması zamanı, mövcud normativ-texniki sənədlərdə nəzərdə tutulmuş temperatur və rütubət şərtlərinə  əməl olunmadığı müşahidə olunub.

Aşkarlanmış nöqsanlara görə qanunvericiliyin tələbləri çərçivəsində  müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qanunvericiliklə  baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə kəsim kəsimin həyata keçirilməsi yolverilməzdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31