Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb
Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb
12 Fevral 2020 14:51 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətdən "Olaylar"a bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 317-2.1; 66.3; 67.1-ci maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kazımov Nicat Əlirza oğlu ilə qısamüddətli görüşə gəlmiş qohumu Bakı şəhər sakini Quliyev Fərid Novruz oğlunun üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın iç tərəfində xüsusi üsulla tikilərək hazırlanmış saxlanc yerində gizlədilmiş bükülüdə 0,738 qram narkotik maddə - marixuana aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.