Dünya tariixində bu gün nələr baş verib?

Dünya tariixində bu gün nələr baş verib?

Bu gün, yəni 12 fevral dünya tarixində hansı mühüm hadisələr baş verib?Bunun bir çoxunuza maraqlı olduğunu nəzərə alaraq, Olaylar.az həmin hadisələri sizə təqdim edir:
1502 - Portuqal səyyah Vasko da Qama Hindistana gedən yolu tapmaq üçün dəniz səfərinə çıxıb.
1818 - Çili müstəqillik əldə edib.
1924 - İngilis arxeoloq Hovart Karterin başçılıq etdiyi qrup Tutanxamonun sarkofaqını açıb. Fironun sarkofaqı 15 ay əvvəl tapılmışdı.
1990 - Düşənbədə hökumət və müxalifət arasında başlayan qarşıdurma qısa vaxt ərzində vətəndaş müharibəsinə çevrilib.
1992 - Monqolustanın Dövlət bayrağı yaradılıb.
1920 - Bakı fəhlə klubunda Azərbaycan kommunistlərinin I qurultayı başa çatıb. Qurultayda fəhlə və kəndliləri Müsavat hökumətinə qarşı çıxışlara hazırlamaq qərara alınıb.
Doğumlar:
1768 - II Frans - Avstriya İmperiyasının imperatoru.
1809 - Çarlz Darvin - çağdaş təkamül təliminin təməlini qoymuş ingilis təbiətşunas (ö. 1882).
1809 - Avraam Linkoln - ABŞ prezidenti.
1900 - Vasili Çuykov - Sovet İttifaqı Marşalı
1911 - Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov - tarzən, Azərbaycanın xalq artisti.
1915 - İdris Süleymanov - Sovet İttifaqı Qəhrəmanı.
1923 - İslam Səfərli - Azərbaycan şairi.
1923 - Franko Zeffirelli - İtaliya kino rejissoru.
1933 - Elmira Hüseynova - heykəltəraş, Azərbaycanın əməkdar rəssamı (1967).
1946 - Ajda Pekkan - Türkiyə müğənnisi.
1957 - Adil Azay - Azərbaycan kino rəssamı və rejissoru.
1964 - Təbriz Xəlilbəyli- Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu.
Ölümlər:
1804 - İmmanuel Kant - alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri.
1931 - Səməd bəy Mehmandarov - Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli hərbi xadimi.
1940 - Bahadır Vəlibəyov - Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Baş Prokuroru, Stalin repressiyalarının qurbanı.
2010 - Nodar Kumaritaşvili - Gürcüstan idmançısı.
2017 - Kübra Dadaşova, Azərbaycan aktrisası.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31