Milli Məclisə yenicə seçilmiş xanım deputatın AİLƏSİNDƏ FACİƏ
12 Fevral 2020 10:06 Sosial9 fevralda Milli Məclisə keçirilən seçkilərə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olaraq qələbə qazanan Afət Həsənovaya ağır itki üz verib.A.Həsənovanın qardaşı Abbas Zeynalov vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.Qeyd edək ki, seçkiyədək A.Həsənova Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsini tutub və seçkilərdə namizəd kimi iştirak etdiyi üçün məzuniyyətə çıxıb. O, 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində 64.9 % səs toplayaraq yeni parlamentə seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31