Miqrasiya könüllülərinin daha bir layihəsinə start verildi
Miqrasiya könüllülərinin daha bir layihəsinə start verildi
11 Fevral 2020 13:51 SosialAzərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Dövlət Miqrasiya Xidməti və "Miqrasiya Könüllüsü" İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən "PR Məktəbi" layihəsinə start verilib.
Olaylar.az bildirir ki, layihənin məqsədi İctimaiyyətlə Əlaqələr, Reklamçılıq, Digital marketing kimi əlaqəli sahələrə marağı olan gənclərə nəzəri və praktiki biliklər verməkdən ibarətdir. Layihənin ilk günü keçirilən təlim 2 hissədən ibarət olub. Birinci hissədə biznes məsləhətçi-təlimçi İlham Əfəndiyev iştirakçılara effektiv digital PR haqqında məlumat verib. İkinci hissədə gənclər qruplara bölünərək təlimçinin tapşırığına əsasən kollektiv işlərini təqdim ediblər. 25 nəfərin iştirak etdiyi təlimlər 13 fevral tarixində başa çatacaq.
Qeyd edək ki, layihənin informasiya dəstəyi Azertag, APA, Trend və Olaylar İnformasiya Agentliklərinə məxsusdur.
#AzGf #GənclərFondu #miqrasiyakönüllüsü #sənfərqlisən
![]()
![]()
![]()
![]()
![]()