Elzanın halı pisləşdi - Xızıdan Bakıya gətirilib xəstəxanaya yerləşdirildi
Elzanın halı pisləşdi - Xızıdan Bakıya gətirilib xəstəxanaya yerləşdirildi
11 Fevral 2020 12:07 SosialƏməkdar artist Elza Seyidcahanın səhhətində problem yaranıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, 54 saylı Şabran-Siyəzən dairəsindən namizədliyini irəli sürən sənətçinin seçkilərdə məğlubiyyətindən sonra halı pisləşib.
Özü və bacısı Mehribanın təzyiqlərə məruz qaldığını, hətta döyüldüyünü iddia edən Seyidcahan affekt vəziyyətinə düşüb. Əvvəlcə sənətçinin olduğu Xızı rayonundakı mənzilinə təcili tibbi yardım avtomobili çağırılıb, daha sonra onun Bakıya gətirilməsinə qərar verilib.
Hazırda bəstəkar-müğənni paytaxt klinikalarının birində müalicə alır, vəziyyəti normaldır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31