Ötən ay Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Ötən ay Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb
10 Fevral 2020 14:19 SosialBu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.
Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, siyahıda uşaqlara ən çox qoyulmuş 10 ad yer alıb.
İlk beşlikdə oğlan uşaqlarına qoyulan Yusif, Uğur, Hüseyn, Əli və Raul, qız uşaqlarına qoyulan Zəhra, Məryəm, Fatimə, Mələk və Zeynəb adları yer alıb.
Həmçinin qeyd olunub ki, 2020-ci ildə yeni doğulmuş körpələrdən oğlan uşaqlarına Murad, Ömər, Ayxan, Məhəmməd, Tunar, qız uşaqlarına isə Ayan, Aylin, Nuray, Dəniz və Nilay kimi adların verilməsi də üstünlük təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31