“Elm naminə” mükafatı laureatlarının adları elan edildi

Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyində “Elm naminə” VI Ümumrusiya mükafatı laureatlarının mükafatlandırılma mərasimi keçirilib

Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyində "Elm naminə" VI Ümumrusiya mükafatı laureatlarının mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Rusiyanın Elm və Ali Təhsil naziri Valeriy Falkov, Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev, Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçiy, eləcə də 400-dən çox görkəmli alim, elmi ictimaiyyətin nümayəndələri və KİV əməkdaşları iştirak edib.

Qeyd edək ki, "Elm naminə" Ümumrusiya mükafatı Rusiya elminin inkişafına və onun işıqlandırılmasına əhəmiyyətli töhfələr vermiş jurnalist, alim və biznes nümayəndələrinə dəstək verilməsi məqsədilə 2014-cü ildə Rusiyanın Təhsil və Elm Nazirliyi tərəfindən təsis edilib və hər il ənənəvi olaraq Rusiya Elm Günü ərəfəsində təqdim olunur.

Mükafata 2020-ci ildə 312 müraciət qeydə alınıb. Ekspertlər təqdim olunmuş müraciətləri elmi nailiyyətlərin populyarlaşdırılmasının bütün istiqamətlərini əhatə edən 11 nominasiya üzrə qiymətləndiriblər. 11 elmi-populyar və maarifçilik layihəsi mükafatın qalibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31