Nazirlik qanunsuz yolla kəsilən meşə materialı aşkarladı
Nazirlik qanunsuz yolla kəsilən meşə materialı aşkarladı
10 Fevral 2020 11:56 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Haran kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.
Bu barədə Olaylar.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin yerli qurumlarının əməkdaşları fevralın 8-i səhər saat 6 radələrində "Ural" markalı 43-BB-223 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilən 3,5 kubmetr həcmində fısdıq cinsli işlik meşə materialı aşkar edilib və avtomobilin sahibi Aslan Cəbiyev barəsində akt tərtib olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31