"Ərim başqa ölkədə yaşayır"

"Ərim başqa ölkədə yaşayır"

Aşıq Ulduz Sönməzin müğənni qızı Sədaqət Ulduz "Zaurla Günaydın" verilişinin qonağı olub.

Olaylar.az  axsam.az-a istinadən xəbər verir ki, aparıcı Sədaqətə ərə getməsi haqda suallar ünvanlayıb. İfaçı "Ərinə qulluq edə bilirsən? Nə olub aç de" sözlərinə belə cavab verib:

"Görəndə qulluq edirəm. Həyat yoldaşım başqa ölkədə yaşayır. Əvvəl Türkiyədə idi, indi ordan köçüb. Gec-gec görürəm".

Zaur Baxşəliyev isə "Ərindən yaxşı danışmadın, ürəyim açılmadı. Nəsə var" sözlərini söyləyib.

Qeyd edək ki, Sədaqətin Bakıdakı toyu bəysiz olmuşdu. O, oğlan toyunun başqa ölkədə baş tutduğunu demişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31