Bakının əsas avtomagistrallarında sürət həddi endirildi
Bakının əsas avtomagistrallarında sürət həddi endirildi
9 Fevral 2020 10:22 SosialPaytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi açıqlama yayıb.
Məlumatda deyilir ki, paytaxtın digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə olunur.
Bir daha hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən xahiş edirik ki, meterioloji amilləri nəzərə alıb sürət həddinə əməl etsinlər.
Qeyd edək ki, adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31