İçərişəhərdə GÜCLÜ PARTLAYIŞ - Xəsarət alanlar var

İçərişəhərdə GÜCLÜ PARTLAYIŞ - Xəsarət alanlar var

Bu gün saat 17:10 radələrində Səbail rayonu ərazisində - İçərişəhərdə, İlyas Əfəndiyev küçəsində güclü partlayış baş verib.

İlyas Əfəndiyev küçəsi 10 ünvanındakı mənzildə qaz sızmasından güclü partlayış qeydə alınıb. Nəticədə, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları, xilasetmə qüvvələri və polislər cəlb edilib.

Əlavə məlumat veriləcək.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31