Qubada baş verən yanğın söndürüldü
Qubada baş verən yanğın söndürüldü
7 Fevral 2020 15:32 SosialQuba rayonu, Qarxun kəndində baş verən yanğın söndürülüb.
Qeyd olunub ki, yanğın zamanı 3 ev və 7 ailəyə məxsus ot tayası yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) alovun söndürülməsi üçün əraziyə göndərdiyi 2 helikopterin, o cümlədən əraziyə cəlb olunan Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsinin köməkliyi ilə yanğın söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, ucqar dağ kəndi olan Qarxun rayon mərkəzində 75 km aralıda yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31