Aynişan açıq-saçıq gəlinliyi barədə: “Kənanla birlikdə...” – Toydan qabaq müsahibə
Aynişan açıq-saçıq gəlinliyi barədə: “Kənanla birlikdə...” – Toydan qabaq müsahibə
7 Fevral 2020 14:35 SosialSabah Ağcabədidə baş tutacaq oğlan toyuna hazırlaşan Aynişan Quliyeva ona ünvanlanan sualları cavablandırıb.
Teleqraf.com məşqçisi Kənan Əliyevlə nikah masasına əyləşən Aynişan Quliyevanın qısa müsahibəsini təqdim edir.
- Sabah oğlan toyunuzdur. Həyəcanlısınız?
- Xeyr. Həyəcanlı deyiləm, sadəcə yorğunam.
- Qız toyu üçün gəlinlik seçərkən niyə ağ rəngə üstünlük vermişdiniz?
- Özümə yaraşanı seçdim. Oğlan toyunda bir az fərqli olmağı düşünürəm. Toyda çəhrayı geyinməliydim? Ürəyim belə istədi. Əsas odur, mənə xoş olsun. Çünki geyinən mənəm.
- Gəlinliyiniz açıq-saçıq idi. Buna Kənan bəyin münasibəti necə oldu?
- Açıqlıq indivudual yanaşmadır. Kiməsə görə açıq olan başqasına qapalı gələ bilər. Kənan mənim yaşam tərzimə, əhatəmə, dünyagörüşümə, davranışlarıma icazə verir. O ki qaldı gəlinliyə olan reaksiyasına, onu Kənanla birlikdə seçmişik. Bir neçəsinə baxdıq, amma daha çox onu bəyəndik.

- Oğlan toyuna necə gəlinlik seçmisiniz?
- Bu toy üçün gəlinlik özəl hazırlanıb.

- Kənan bəy ciddi insana oxşayır. Bu sizi gələcəkdə sıxmayacaq?
- Bizim ikimizdə də bu cəhət var, elə bil hər şeydən narazıyıq. Onun fotolarını yalnız mən çəkəndə üzügülər düşür.
- Niyə toyunuzda iki gəlinlik geyinmişdiniz?
- Əslində elə şeylərə həvəsim yoxdur. Sadəcə birinci əlbisənin şleyfi çox və ağır olduğu üçün ikinci gəlinliyi də seçdim.