Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi “Olaylar”da
Fevralın 7-də Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan “Olaylar” İnformasiya Agentliyinin baş ofisində qonaq olub. Hüseyn Altınalını “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuz qəbul edərək, agentliyin yaranma tarixi, fəaliyyəti haqqında məlumat verib.
7 Fevral 2020 13:55 SosialFevralın 7-də Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalan "Olaylar" İnformasiya Agentliyinin baş ofisində qonaq olub.
Hüseyn Altınalını "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuz qəbul edərək, agentliyin yaranma tarixi, fəaliyyəti haqqında məlumat verib.

Görüş zamanı Yunus Oğuz "Olaylar" İnformasiya Agentliyində qardaş ölkədə baş verən hadisələrin hər zaman xüsusi həssaslıqla yayımlandığını, saytda türkdilli xəbərlər üçün xüsusi bir bölmənin fəaliyyət göstərdiyini bildirdi. Səfirliklə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan baş redaktor bundan sonra qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin hər iki ölkənin media qurumları üçün də faydalı olacağını qeyd edib.
Bundan əlavə görüşdə tərəflər hər iki xalqın qədim tarixi haqqında fikir mübadiləsi apardılar.

Səmimi görüşə görə təşəkkürünü bildirən Hüseyn Altınal Azərbaycanda çalışmaqdan məmnun olduğunu, bu ölkədə olarkən özünü vətənində hiss etdiyini bildirib.
Sonda "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru, tarixi əsərlər müəllifi Yunus Oğuz türk dilində dərc olunan "Avcı" və "Sultan Alparslan" kitablarını Hüseyn Altınalana hədiyyə etdi.
