Çindən gələn 3 nəfər yoluxucu xəstəliklər şöbəsində saxlanılır -Səhiyyə Nazirliyi

Çindən gələn 3 nəfər yoluxucu xəstəliklər şöbəsində saxlanılır Səhiyyə Nazirliyi

Fevral ayının 7-si üçün yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri bu barədə birgə məlumat yayıb.

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir: "Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Həmin tibb müəssisəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Koronavirusun alimləri məəttəl qoyan sirri – Bu şəxslər yoluxmur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31