Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib
7 Fevral 2020 11:47 Sosial06 fevral 2020-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kerversi qəbul edib.
Olaylar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının və Niderland Krallığının aidiyyəti təşkilatları arasında şəhərsalmanın planlaşdırılması və şəhər infrastrukturunun təkmilləşdirilməsi sahəsində son illər ərzində formalaşmış əməkdaşlığın inkişaf etdirilməsi imkanları, bu sahədə birgə reallaşdırıla biləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
![]()
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31