Nazirlik qanunsuz yolla meşə materialı daşıyan şəxsi cərimələdi (FOTO)
Nazirlik qanunsuz yolla meşə materialı daşıyan şəxsi cərimələdi (FOTO)
6 Fevral 2020 15:30 SosialLerikdə qanunsuz yolla əldə edilmiş meşə materialı daşıyan şəxs cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə nazirliyə məlumat daxil olub.
Nazirliyin yerli qurumlarının əməkdaşlarının keçirdikləri reyd zamanı 5 fevral 2020-ci il tarixində gecə saat 5 radələrində "QAZEL" markalı 10-OS-483 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 2 kubmetr həcmində ağcaqayın cinsli işlik meşə materialı aşkar edilib.
Avtomobilin sahibi Samir Məmmədov barəsində akt tərtib olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31