"Psixoloq yanına gedib dərdimi danışmağa qorxuram, şantaj edər məni"

"Psixoloq yanına gedib dərdimi danışmağa qorxuram, şantaj edər məni"

Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda psixloqlarla bağlı tükürpədici açıqlaması ilə diqqətləri üzərinə çəkib.

Tolik ölkəmizdə psixoloq kimi fəaliyyət göstərən adını açıqlamadığı bəzi şəxslərin şantajla məşğul olduğunu deyib.

Aparıcının bu açıqlamasını müğənni Bahar Lətifqızı, şairə Cığatel və digərləri də dəstəkləyiblər:

"Azərbaycanda yaxşı psixoloqlar var. Psixoloq yanına gedib dərdimi danışmaq istəmirəm. Qorxuram ki, şantaj edər məni. Mən həkimlərimizin yaxşılarını çox dəstəkləyirəm, amma bəzi psixoloqlarımız var ki, onlar insanları şantaj etməklə məşğul olurlar. Dərdini deyirsən, sonra da sənə çevirirlər". 
 

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31