Azərbaycanda tələbələr dəhşətli hadisə ilə üzləşdi – ÖLƏN VƏ YARALANANLAR VAR

Azərbaycanda tələbələr dəhşətli hadisə ilə üzləşdi – ÖLƏN VƏ YARALANANLAR VAR

Qəbələ rayonunda ağır yol qəzası baş verib.

Dünən saat 22 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində qəsəbə sakini, 2001-ci il təvəllüdlü Ramin Lətifli idarə etdiyi "Nissan" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər: 2001-ci il təvəllüdlü Xəlilov Şəhriyar Mübariz oğlu və 2002-ci il təvəllüdlü Cabayev Murad Sərxan oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Ş.Xəlilovun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, dəhşətli qəzada ölən Ramin Lətifli Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsidir və tətili doğma kəndində keçirmək üçün Qəbələdə imiş. Avtomobildə olan digər gənclər də ali məktəb tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31