Elçin Hüseynbəyli Heydər Əliyev adına liseyin qonağı olub
Elçin Hüseynbəyli Heydər Əliyev adına liseyin qonağı olub
6 Fevral 2020 13:13 SosialFevralın 5-də Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə yazıçı, dramaturq, publisist, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli ilə şagird və müəllimlərin görüşü olub.
Olaylar.az xəbər verir ki, Tədbirin aparıcısı, dil-ədəbiyyat müəlliməsi Gülarə Həmidova bildirib ki, yazıçının əsərləri orta məktəbdə tədris olunur: 5-ci sinifdə ""Füruzə qaşlı xəncər, 7-ci sinifdə isə "Nəvə" hekayəsi.
O Elçin Hüseynbəylnin həyat və yaradıcılığı bardə yığcam məlumat verdikdən sonra qeyd edib ki, hələ 7 il öncə Elçin Hüseynbəyli bu məktəbdə qonaq olub və həmin şagirdlər məzun olsalar da, yazıçı ilə görüşü indi də xatırlayırlar. Gülarə Həmidova onu da əlavə edib ki, ötən il vatsap vasitəsilə də yazıçı ilə canlı əlaqə yaradılıb. O, bu cür görüşlərin şagirdlərə müsbət təsir göstərdiyini və xoş təəssürat yaratdığını deyib.
Sonra görüş şagirdlərlə yazıçının dialoqu əsasında davam edib. Söhbət zamanı məlum olub ki, şagirdlər ədəbiyyata ciddi maraq göstərir və yazıçının bir sıra əsərləri lə tanışdırlar.
Qarşılıqlı sual-cavabla müşaiyət olunan görüşdə şair İlqar Türkoğlu da iştirak edib. O cavanlıqda yazdığı şeirləri şagirdlər üçün səsləndirib.
Sonda yazıçı görüş iştirakçıları üçün avroqraf verib və xatirə şəkli çəkdirib.