Jurnalist Ruslan Rəhimovdan muzeyə hədiyyə

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fonduna jurnalist, kolleksiyaçı Ruslan Rəhimov tərəfindən 35 ədəd sikkə hədiyyə edilib.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fonduna jurnalist, kolleksiyaçı Ruslan Rəhimov tərəfindən 35 ədəd sikkə hədiyyə edilib.

Olaylar.az bildirir ki, sikkələrin təyinatı nəticəsində XVI əsrə aid mis felslərdən ibarət olduğu müəyyənləşdirilib. Zəyəm, Kaxetiya zərbxanalarının istehsalı olan, üzərində müxtəlif yazılar və heyvan təsvirləri olan sikkələr o dövrün yerli pul bazarının tədqiqində önəmlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31