"Xalqı təhqir etmək bir ağsaqqala yaraşmayan addımdır"- Könül Yusifqızı

Xəbər verdiyimiz ki, deputatlığa namizəd Hadı Rəcəblinin xalqı təhqir etməsi iddia edildi. Qeyd edək ki, bu iddia ilə 74 saylı Lənkəran kənd dairəsindən deputatlığa namizəd Aqşin Misranlı çıxış edib. Bununla bağlı danışan aparıcı-aktrisa Könül Yusifqızı bildirib ki, Hadı Rəcəblinin xalq üçün söylədiyi sözlərə görə ona ayıb olsun:
"Açığı, Hadı Rəcəblinin xalqı təhqir etməsi ilə bağlı xəbəri oxumamışam. Əgər belə bir şey olmasa, bu xəbər yayılmazdı. O, bir neçə dəfədir ki, deputat seçilir. Xalqı təhqir etmək bir ağsaqqala yaraşmayan addımdır. Onu deputat edən xalqdır. Xalq olmasa o, necə deputat seçilə bilərdi?! Bu gün durub onu deputat seçən xalqı təhqir etdiyinə görə ona ayıb olsun. Demokratik, azad ölkədə yaşayırıq. Hər kəsin hüququdur ki, namizədliyini versin. Bu şəxs xadimə, taksi sürücüsü, aktrisa, müəllim, alim, siyasətçi də ola bilər. Bu gün ölkə başçısının özü vurğulayıb ki, deputat olmaq istəyən hər kəs seçkilərdə iştirak edə bilər. Belə olan halda ona kim haqq verib ki, ölkə başçısının qərarına qarşı çıxsın? Ölkəmizdə demokratik seçkilər keçirilir. Bildiyim qədər 90-cı illərdə doğulan gənclərimiz də seçkilərdə iştirak edirlər. Niyə də etməsinlər? Kim buna qadağa qoyub? Əksinə, bu il şans yarandı ki, hər kəs bu seçkilərdə özünü sınasın. Bir tərəfdən köhnələrdən Hadı Rəcəbli kimi pul təklif edənlərə, digər tərəfdən də pula görə məqsədyönlü şəkildə namizədliyini əvvəldən irəli sürən riyakar insanlara ar olsun".

Könül Yusifqızı vurğulayıb ki, bəzən seçiciləri tərəfindən dəstəklənən insan pula görə namizədliyini geri götürür: "Mən də belə halların olduğunu eşitmişəm. Seçicilərin sənə bu qədər inanmışkən, sən geri çəkilirsənsə, riyakar və yalançısan. Məqsədyönlü şəkildə insanları inandırıb, sonra nəsə alıb geri çəkilənlərə ar olsun. Mənim dəstəklədiyim namizədlər var. Mən qeydiyyatdan keçməmiş geri çəkildim. Düşünürəm ki, düz də etdim. Məncə seçicininin və insanların inamı pulla alınan bir şey deyil. Onlarla Hadı Rəcəblinin nə fərqi oldu? Mənim qeydiyyatım Abşeron rayonu, 45 saylı seçki dairəsinə düşür. Hələlik gözləyirəm, dəstəklədiyim namizəd var. O, Oqtay Əsədov deyil. Çünki 2 dəfə mənim qeydiyyatda olduğum ərazidən deputat seçilib. Əgər o, iki dəfə seçicilərinə verdiyi vədi yerinə yetirmirsə, 3-cü dəfə ona niyə səs verim. Ola bilər ki, seçiciləri onu dəstəkləsin. Amma mən ona səs verməyəcəm". big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31