Məhkəmə dövlət qurumunu niyə cərimələdi?

Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cərimələnməsinə dair verilmiş şikayətə baxılıb?

Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cərimələnməsinə dair verilmiş şikayətə baxılıb. Məlumata görə, fond hüquqi şəxsin sorğusuna 5 gün müddətində cavab vermədiyi üçün 300 manat məbləğində cərimələnib.İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə ittiham edilib. Yasalam Rayon Məhkəməsinin qərardadından verilən şikayətə hazırda Bakı Apelyasiya Məhkəməsində baxılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31